"Kəpəz"in forvardı Amil Yunanov Premyer Liqanın 32-ci turunun "Qəbələ"yə qarşı görüşü də buraxacaq.
Sportal.az xəbər verir ki, zədə səbəbindən ötən tur "Sabah"la matçda da meydana çıxa bilməyən futbolçunun müalicəsi davam edir.
Təcrübəli hücumçunun 33-cü turun "Neftçi" - "Kəpəz" qarşılaşmasında meydanda olacağı ehtimal edilir.
Qeyd edək ki, Yunanov Premyer Liqanın 30-cu turunun "Səbail"lə görüşündə zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.
saytlarin hazirlanmasi