"Barselona" "Liverpul"un futbolçusunu transfer etmək üçün hərəkətə keçib.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Luis Diası razı salmağa çalışır.
İspaniya nəhəngi 27 yaşlı kolumbiyalıya görə "Liverpul"a istədiyi məbləği ödəyəcək.
Dias İngiltərə Premyer Liqasının bu mövsüm 32 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Kolumbiyalı 2022-ci il yanvarın 30-da “Porto”dan “Liverpul”a keçib. O, 2027-ci il iyunun 30-na qədər Mersisayd klubu ilə müqaviləsi qüvvədədir.
Vinger Kolumbiyada “Barrankilya”, “Atletiko Junior” klublarında da oynayıb.
saytlarin hazirlanmasi