Millətlər Liqasının C1 qrupunda Azərbaycan millisinin rəqibi olan Estoniya yığması Baltik kubokunda açılış oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Estoniya millisi Farer adaları ilə qarşılaşacaq.
Qarşılaşma iyunun 8-də Tallində baş tutacaq. Mini-turnirdə Estoniya və Farer adaları ilə yanaşı, Litva və Latviya yığmaları da çıxış edəcək.
Xatırladaq ki, Azərbaycan və Estoniya milliləri oktyabrın 11-də və noyabrın 16-da üz-üzə gələcək.
saytlarin hazirlanmasi