"Borussiya"(Dortmund) qış "transfer pəncərəsi"ndə "Çelsi"dən icarəyə götürdüyü Yan Maatseni komandada saxlamaq istəyir.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Dortmund təmsilçisi 22 yaşlı niderlandlı üçün 40 milyon avro ödəməli olacaq.
"Çelsi" futbolçusu üçün qarşı tərəfdən bu qədər təzminat tələb edib.
Bu isə "Borussiya" üçün rekord transfer məbləği sayılacaq. Çünki indiyə qədər Almaniya klubunun ən bahalı transferi Osman Dembele sayılır. "Borussiya" onun üçün vaxtı ilə "Renn"ə 35 milyon avro ödəmişdi.
"Çelsi"nin futbolçusu icarə əsasında indiyədək "Çarlton", "Koventri", "Bernli" klublarında çıxış edib.
saytlarin hazirlanmasi