Azərbaycan milli komandasının forvardı Renat Dadaşov yeni mövsümə Türkiyənin "Hatayspor" klubunda başlamayacağı gözlənilir.
Sportal.az saytına verilən məlumata görə, klub Superliqanı tərk edərsə, millimizin üzvü hazırkı komandasında qalmayacaq.
“Hatayspor” hazırda aşağı liqaya düşmə zonasındadır və mövsümün sonunda elitanı tərk etmək riski ilə üz-üzədir.
Dadaşovun özü birinci liqada oynamaq istəmir. Bu səbəbdən də "Hatayspor" "Qrasshopper"dən onun transfer hüququna yiyələnmək imkanından yararlanmayacaq.
Xatırladaq ki, "Hatayspor" mövsümün əvvəlində Renatı "Qrasshopper"dən mövsümün sonunda onu transfer etmək hüququ ilə icarəyə götürüb.
saytlarin hazirlanmasi