"Zirə"nin qolkiperi: "Sırf olaraq kubok oyununa fokuslanmışıq"

13:34 - 23 Aprel 2024

"Zirə"nin qolkiperi Tyaqo Silva Sportal.az saytına açıqlama verib. O, komandasının Premyer Liqanın 31-ci turunda “Neftçi” üzərində qazandığı qələbəni şərh edib. Portuqaliyalı “Zirə”nin meydanda 10 nəfərlə qaldıqdan sonrakı mübarizəsini xüsusi diqqət çəkib:

"Neftçi" ilə görüşə yaxşı başlamışdıq. Məğlub durumda olsaq da, hücumlar qurduq və bərabərlik qolunu vurduq. Ondan sonra da qol epizodlarımız var idi. Meydanda layiqli mübarizə apardıq. Qələbəni də layiqli şəkildə qazandıq. Azlıqda qalsaq da, əsl kollektiv kimi kompakt oynadıq. Əks-hücumlar zamanı effektiv olduq. Ona görə də iki qol vuraraq qələbə qazandıq".

24 yaşlı qolkiper Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Qəbələ" ilə cavab görüşündən gözləntilərini də bölüşüb. Onun sözlərinə görə, komandası olduqca vacib görüşə çıxacaq və məhz kubok oyunundan sonra Premyer Liqanın 32-ci turunda qarşılaşacaqları “Araz-Naxçıvan”la oyun haqda fikirləşəcəklər:

"Premyer Liqada növbəti turda “Araz-Naxçıvan”la oynayacağıq. Lakin bizim qarşıdakı matçımız “Qəbələ”yə qarşıdır. İndi sırf olaraq bu matça fokuslanmışıq. Bu matçda istədiyimiz nəticəni qazanmaq üçün sona qədər mübarizə aparacağıq. Təbii ki, bir oyun başa çatdıqdan sonra növbəti oyunudüşünəcəyik".

Mirbağırağa

Xəbər xətti