"Sportinq"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasında çalışacaq.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Vest Hem"lə danışıq aparır.
O, bu postda Devid Moyesi əvəzləyəcək. London klubunun rəhbərliyi hazırkı baş məşqçisinin işindən narazıdır.
Amorim özü də İngiltərədə işləməyə müsbət yanaşır. Lakin o, təkliflər arasında seçim edəcək. Çünki gənc mütəxəssisə "Liverpul" da maraq göstərir.
"Vest Hem" 48 xalla turnir cədvəlində 8-ci pillədədir.
saytlarin hazirlanmasi