"Torino" və "Fiorentina" klubları Rusiya millisinin üzvü Aleksey Mirançukun transferində maraqlıdır.
Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, bunun üçün hər iki klub “Atalanta”ya müraciət edib.
Rusiyalı futbolçunun dəyəri 9 milyon avro olaraq qiymətləndirilir. 28 yaşlı futbolçu İtaliya A Seriyasında bu mövsüm 21 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin Avropa Liqasında da səkkiz oyunu və üç məhsuldar ötürməsi var.
2020-ci ildə “Lokomotiv”dən “Atalanta”ya keçən Mirançuk 2025-ci il iyunun 30-na qədər hazırkı komandasına məxsusdur. O, “Torino”da icarə əsasında da çıxış edib.
Mirançuk yeni mövsüm "Fiorentina"da oynamaq istədiyini yaxınlarına bildirib.
saytlarin hazirlanmasi