“İnter” yeni mövsüm heyətini gücləndirmək üçün indidən hərəkətə keçib.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, bu mövsüm “Bolonya”nın uğurlu nəticələr qazanmasında pay sahiblərindən olan Rikkardo Kalafiori Milana köçə bilər. “Nerazzura” 21 yaşlı müdafiəçi üçün “Bolonya” ilə danışıqlara başlayıb.
İtaliyanın U-21 yığmasının sabiq üzvü özü də, daha iddialı komandada oynamağı planlaşdırır. “İnter” isə Kalafioriyə 5 illik müqavilə təklif edəcək. Klublar maliyyə məsələlərində razılıq əldə edərsə, italiyalı müdafiəçi yeni mövsümə çempion komandada başlayacaq.
Mövsümün əvvəlində “Bolonya”ya keçən futbolçunun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. “Roma”nın yetirməsi olan futbolçu “Cenoa”, “Bazel”də də çıxış edib. Əlavə edək ki, “Bolonya” 33 turdan sonra 62 xalla 4-cü pillədədir və üçüncü pillədəki “Yuventus”dan cəmi 2 xal geridə qalır.
saytlarin hazirlanmasi