"Qarabağ" və "Neftçi"də oynamış forvard: "Onlar hamının gözlədiyi nəticələri verə bilmir"

16:49 - 24 Aprel 2024

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.

Matçla bağlı hər iki komandada oynamış millimizin sabiq üzvü Branimir Subaşiç öz fikirlərini Sportal.az saytına açıqlayıb.

Veteran hücumçu "Qarabağ"ın ilk oyundakı 4:0 hesablı qələbəsinə görə favorit olduğunu deyib. Bununla yanaşı, onun fikrincə Azərbaycan derbisi hər zaman maraqlıdı: 

"Azərbaycanın iki ən böyük klubu üz-üzə gələcək. "Neftçi" və "Qarabağ"ın ifasında Azərbaycan derbisini izləmək hər zaman xoşdur. Doğrudur, ilk matçda "Qarabağ" 4:0 kimi böyük hesabla qalibiyyət əldə edib. Onların finala adlamaq üçün böyük üstünlüyü var. Amma istənilən halda, maraqlı görüş olacaq. Hansı komandaya azarkeşlik edəcəyimlə bağlı nə deyim? Həm "Qarabağ", həm də "Neftçi" mənə yaxın klublardır, hər ikisində oynamışam. Amma ümid edirəm ki, "Neftçi" bu görüşdə qələbə qazanacaq. Onlar hamının gözlədiyi nəticələri verə bilmir. Hər halda, ümidvaram ki, "Neftçi" avrokuboklara vəsiqə qazanacaq və orada da uğurlu çıxış edərək hamımızı sevindirəcəklər. "Qarabağ" - "Neftçi" matçını isə mütləq izləyəcəm".

Mirbağırağa

Xəbər xətti