Azərbaycan millisinin forvardı Musa Qurbanlının bu yay "Yurqorden"i tərk etmək ehtimalı gün keçdikcə daha da artır.
Sportal.az “Expressen” portalına istinadən xəbər verir ki, vəziyyətə hələ tam aydınlıq gəlməyib.
Lakin isveçli həmkarlarımızın yazdığına görə, Musanın “Yurqorden”dən ayrılmaq istəməsi ilə bağlı klub daxilində müzakirələr aparılıb.
Klubun idman direktoru Bosse Andresson da yerli mətbauta açıqlamasında bu məsələ ilə bağlı yenidən danışıb və bu yaxınlarda futbolçunun klubda getməsinin müzakirə olunduğunu bildirib: "Bu məsələni yayda müzakirə edəcəyik. Mən heç nəyi istisna etmirəm".
Əlavə edək ki, Musa Qurbanlı yayda İsveç klubu ilə üç illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi