İtaliya Kubokunda daha bir finalçının adı bəlli olub.
Sportal.az xəbər verir ki, "Atalanta" yarımfinalda "Fiorentina"ya 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib.
Berqamo təmsilçisi həlledici görüşdə "Yuventus"la üz-üzə gələcək. Final qarşılaşması mayın 15-də baş tutacaq.
24 aprel
İtaliya Kuboku
Yarımfinal mərhələsi, cavab oyunu
ilk matç 0:1
"Atalanta" - "Fiorentina" - 4:1
Qollar: Koopmeyners 8, Skamakka 75, Lukman, 90+5, Paşaliç 90+8 - Martines Quarta, 68