"Mançester Siti"nin hücumçusu Xulian Alvares klubun son nəticələri və İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi haqda danışıb.
Sportal.az xəbər verir ki, "The Mirror"a danışan argentinalı bu mövsümkü əsas məqsədlərindən söz açıb:
"Yenidən çempion olmaq şansımız var. Biz daha iki kubok qazana bilərik və bunun üçün xoşbəxtik. Çempionlar Liqasında uduzduğumuz üçün çətin həftə oldu. Amma sonra biz yarımfinalda oynamalı olduğumuz üçün İngiltərə Kubokunun finalına çıxmaq istəyirdik. Oyun planımızı həyata keçirsək, hər matçda qalib gələ bilərik və çempion olmaq bizim özümüzdən asılıdır. Güclü olmalıyıq, çünki itirə bilmərik. Çempion olmaq istəyiriksə, hər matçda qalib gəlməliyik”. “Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 32 oyundan sonra 73 xalla üçüncüdür. “Şəhərlilər” 77 xalı olan lider "Arsenal"dan iki oyun az keçirib.
saytlarin hazirlanmasi