"Səbail"in anqolalı legioneri Valdemar Almeyda Pana Sportal.az saytına açıqlama verib.
O, komandasının Premyer Liqanın 31-ci turunda “Araz-Naxçıvan”la görüşdə qələbə qazanmaqlaırnı şərh edib:
"Oyuna yaxşı start verdik. Bunun da nəticəsində qol vurduq. Fasilədən sonra isə eyni tempdə oynayaraq növbəti qolumuzu da vurduq. Hər halda, daha çoxunu etməliyik. “Araz-Naxçıvan” da yaxşı oynadı. Əks-hücumlarda da öz gücümüzü göstərirdik. Əsas odur ki, hər şey istədiyimiz kimi alındı və biz qələbə qazandıq".
Valdemar komandasının avrokuboklara vəsiqə qazanmaq şanslarını da dəyərlədndirib: “Araz-Naxçıvan” üzərində qələbə qazanaraq avrokubok şanslarımızı saxlamış olduq. Çünki qələbəyə ehtiyac var idi. Qarşıdakı turlarda da qələbələrin ardını gətirməliyik”.
“Səbail”in növbəti turdakı rəqibi “Sabah” olacaq. Anqolalı futbolçunun fikrincə, “Səbail” bu görüşdə istədiyi nəticəni qazanmaq iqtidarındadır:
“Bizim komandanın məqsədi hər çıxdığı oyundan qələbə ilə ayrılmaqdır. Həmin strategiyanı qorusaq, qələbələr də ardıcıl olacaq. Üçlükdə yer almaqdan ötrü qalan bütün matçlarda qələbə qazanmalıyıq. Ümid edək ki, hər şey biz istəyən kimi olacaq".
Qeyd edək ki, "Səbail" 31-ci turdan sonra 42 xalla 6-cı pillədə qərarlaşıb.
Mirbağırağa
saytlarin hazirlanmasi