Futbol üzrə Azərbaycan milli komandasının üzvü Mahir Emreli Zaqrebdə keçirilən Avropa çempionatında cüdoçularımızın yarışlarını izləyib.
Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Emreli "Dinamo"nun formasını cüdoçumuz Hidayət Heydərova hədiyyə edib.
Qeyd edək ki, Avropa çempionatının ikinci günündə 3 cüdoçumuz tatamiyə çıxacaq.
26 apreldə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ikinci günündə 2 çəki dərəcəsində 3 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Kişilər arasında -73 kq. çəkidə Hidayət Heydərov və Rəşid Məmmədəliyev, -81 kq. çəkidə Zelim Tçkayev güclərini sınayacaq.
saytlarin hazirlanmasi