Fransa millisinin müdafiəçisi Ferland Mendi "Real"da qalacaq.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu"nun rəhbərliyi 28 yaşlı futbolçuya yeni müqavilə təklif edib.
2025-ci il iyunun 30-na qədər "Real"a məxsus olan Mendi özü də, iş yerini dəyişmək haqda düşünmür.
Yeni müqaviləyə əsasən o, 2028-ci ilə qədər İspaniya nəhənginin şərəfini qoruyacaq.
"Havr", "Lion" klublarında oynamış Ferland 2019-cu ildə "Real"a keçib.
saytlarin hazirlanmasi