"Barselona" "Valensiya"nın yarımmüdafiəçisi Pepelunu transfer etmək istəyir.
Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi artıq Pepelu üçün "Valensiya" ilə danışıqlara keçib.
Xavi Hernandes şəxsən onu sərəncamında görmək niyyətindədir. İspaniyalının "Valensiya" ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. İspaniya çempionatının bu mövsümündə 25 yaşlı yarımmüdafiəçi 32 oyun keçirib, 5 qol (hamısı penaltidən) və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Tam adı Xose Luis Qarsiya Vayya olan 25 yaşlı yarımmüdafiəçi özü də "Barsa"da oynamağı planlaşdırır.O, karyerası ərzində "Levante", "Erkules", "Tondela", "Vitoriya"(Gimarayeş") klublarında oynadıqdan sonra 2023-cü ildə "Valensiya"ya keçib.
saytlarin hazirlanmasi