Türkiyə Super Liqasında 34-cü tura start verilib.

Sportal.az xəbər verir ki, lider "Qalatasaray" səfərdə "Adana Demirspor"un qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 93-ə yüksəldən "Qalatasaray" liderliyini davam etdirir. 41 xalı olan "Adana Demirspor" isə 11-ci yerdədir.

"Adana Demirspor" - "Qalatasaray" 0:3
Qollar:
Hakim Ziyeş, 53, Kerem Demirbay, 63, Mauro İkardi, 90+1