"Qalatasaray" Türkiyə Super Liqasının 34-cü turunda səfərdə "Adana Demirspor"u 3:0 hesablı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi ölkə çempionatında ardıcıl ən çox qələbə qazanmaq rekordunu yeniləyib.
"Sarı-qırmızılar" qələbə seriyasını 15-ə çatdırıb. Bundan əvvəlki rekord da 14 qələbə ilə "Qalatasaray"a məxsus idi.
Okan Burukun rəhbərlik etdiyi kollektiv həmçinin, Super Liqada ən çox xal toplamaq rekordunu yeniləyib. Xallarını 93-ə yüksəldən "cim bom" 1988/1989 mövsümündə "Fənərbaxça"nın göstərdiyi nəticəni təkrarlayıb.
saytlarin hazirlanmasi