Minifutbol üzrə Azərbaycan yığmasının heyətində Monteneqro ilə görüşdə debüt edən Rauf Əliyev Sportal.az saytına açıqlama verib.
Əvvəllər futbol üzrə yığma komandamızda forma geyinmiş Əliyev Avropa çempionatı üçün açıqlanacaq yekun heyətə düşmək şansları barədə isə bunları deyib:
"Bəli, Monteneqro ilə oynadıq, qələbə qazandıq. Minifutboldur da, hər zaman dost-tanışla oynayırıq. Sadəcə fərqli məqam odur ki, bu səviyyədə oyunlar daha sürətli gedir. Bir az fərqlilik var. Adama maraqlı gəlir. Milli səviyyəsində oynamaq üçün futbolçu vaxtımdakı kimi qamalıyam, o vəziyyətdə olmalıyam. Ona görə düzü, mənə bir az çətindir. Özünüz bilirsiz, futbolçu karyeramı da elə ayağımdakı güclü ağrılara görə yekunlaşdırdım. Yəni, o da oynamağa imkan vermirdi.
Fikirləşirəm ki, artıq yoluma elə məşqçi kimi davam etsəm, yaxşıdır. Minifutbolda qaçmaq, daha çox mübarizə lazımdır. Mən isə çoxdandır ki, bunu etmirəm. Düzdür, minifutbol çempionatında oynayırıq, sadəcə daimi hazır durumda olmaq, məşqlər qaydasında olmalıdır. Fikrimcə, mənim üçün çətindir".
Mirbağırağa