"Mançester Yunayted" yayda Kristian Erikseni "Qalatasaray"a satacaq.
Sportal.az xəbər verir ki, bu barədə "ESPN" məlumat yayıb.
Mançester təmsilçisi danimarkalıya etimad göstərmədiyi üçün onunla yollarını ayıracaq.
"Qalatasaray" isə yay "transfer pəncərəsi" zamanı təcrübəli futbolçunun keçidini həll etməyi planlaşdırır. Artıq tərəflər arasında ilkin razılıq əldə edildiyi bildirilir.
Eriksenin "Mançester Yunayted"lə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.