"Bavariya" Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real"a qarşı keçiriləcək görüşə itki ilə çıxacaq.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen klubunun aparıcı futbolçusu Matteys De Liqt aprelin 30-da Almaniyada keçiriləcək ilk oyunu buraxacaq.
Niderlandlı müdafiəçisi Almaniya çempionatının 31-ci turunun "Ayntraxt"la (Frankfurt) görüşündə (2:1) zədələnib.
Buna görə də gənc futbolçunun "Real"la ilk oyunda meydanda olmayacağı dəqiqləşib.
Cavab matçı isə mayın 8-də Madriddə baş tutacaq.