"Sabah" hazırkı futbolçularından əksəriyyətini yeni mövsüm üçün komandada saxlamaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Tellur Mütəllimovu başqa komandaya buraxmağı fikirləşmir.
Ona görə də, yerli futbolçu ilə müqavilə müddəti artırılacaq.
Mütəllimovun "Sabah"la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq. Onunla yeni müqavilə imzalanacağı gözlənilir.
29 yaşlı futbolçu “Sabah”a 2022-ci ilin yayında “Sumqayıt”dan keçib. “Qəbələ”nin yetirməsi bundan əlavə “Zirə”də də çıxış edib.
saytlarin hazirlanmasi