PSJ gənc futbolçusunu buraxmadı

14:49 - 28 Aprel 2024

PSJ yarımmüdafiəçisi Varren Zair-Emerinin müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, Paris təmsilçisi gənc futbolçusu ilə maraqlanan bütün klubların təklifindən imtina edib.

Belə ki, yeni müqaviləyə əsasən Zair-Emeri 2029-cu ilin yayına qədər PSJ-yə məxsus olacaq.

Futbolçu ilk dəfə 2022-ci ildə Paris klubunda 16 yaş 4 ay 29 gün olarkən debüt edib.

Bu isə Fransa nəhəngi üçün rekord deməkdir.

18 yaşlı futbolçu indiyə qədər parislilərin heyətində 48 matça çıxıb, 4 qol vurub. O, ötən il Fransa millisinin də heyətində debüt edib.

Xəbər xətti