Premyer Liqa klubu ilə danışıq apardığı üçün üzr istədi

18:23 - 28 Aprel 2024

"Sportinq"in(Lissabon)  baş məşqçisi Ruben Amorim "Vest Hem"lə danışıqlara görə Londona uçduğu üçün peşman olub. 

Sportal.az xəbər verir ki, “A Bola”ya danışan portuqaliyalı mütəxəssis atdığı addıma görə üzrxahlıq edib: 

"Etdiyim səhv idi. Tamamilə uyğun olmayan zamanı seçdim. Mən həmişə futbolçularımdan hörmətlə yanaşmalarını xahiş edirəm. Amma özüm bunu etmədim. Futbolçulardan, klub rəhbərliyindən və azarkeşlərdən üzr istəyirəm".

Qeyd edək ki Amorimin "Liverpul"u çalışdıra biləcəyi bildirilirdi. 39 yaşlı mütəxəssis 2020-ci ildən “Sportinq”i çalışdırır. O, bundan qabaq “Kasa Pia”, “Braqa” komandalarında işləyib. Ruben 2026-cı il iyunun 30-na qədər Lissabon klubuna məxsusdur.

Xəbər xətti