"Zirə"nin legioneri: "Ümid edirəm ki, avrokuboklara çıxsaq, uğurlu olacağıq"

15:49 - 28 Aprel 2024

"Məqsədimiz ölkə kubokunda finala çıxmaq idi. Yarımfinalda iki yaxşı oyun keçirdik və finala çıxdıq. Bu da çox sevindirici haldır".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin hücumçusu Rafael Utziq deyib.

O, komandasının Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Qəbələ"yə qarşı keçirilmiş cavab matçında (0:2) uğurlu nəticə qazanaraq finala çıxmaqlarını şərh edib. Braziliyalı forvard həlledici görüş barədə də fikirlərini söyləyib: "Bəli, “Qarabağ” böyük komandadır, bunu hamı bilir. Amma biz finala yüksəlmişik və qələbə qazanmağa çalışacağıq".

Sonda isə o, "Zirə"nin avrokubok uğrunda mübarizəsiyə davam etdiyini söyləyib: "Hələ də avrokuboklara vəsiqə uğrunda mübarizə aparan bir çox komanda var və qarşıda Premyer Liqada beş çox vacib qarşılaşma bizi gözləyir. İndi kimin məqsədinə çatacağını söyləmək çətindir. Hər şey özümüzdən, beş turu necə keçirəcəyimizdən asılı olacaq. Artıq dediyim kimi, bu mümkündür və biz bunun üçün hər şeyi edəcəyik. Yaxşı komandamız var, yaxşı futbolçulara sahibik. Ümid edirəm ki, avrokuboklara çıxsaq, uğurlu olacağıq".

Mirbağırağa

Xəbər xətti