"Feyenoord"un baş məşqçisi Arne Slot "Liverpul"u çalışdırmağa yaxındır.
Sportal.az "Mirror"a istinadən xəbər verir ki, niderlandlı məşqçi Mersisayd klubunun transferlərinə təsir etməyəcək.
Bu işlə klubun idman direktoru Riçard Hyuz məşğul olacaq. Həmin mütəxəssislərin işinə isə "Fenway Sports Group"un futbol məsələləri üzrə icraçı direktoru Maykl Edvards rəhbərlik edəcək. Qeyd edək ki, "Liverpul"un hazırkı çalışdırıcısı Yurgen Kloppun mövsüm sonunda postundan ayrılacağı, onu isə Arne Slotun əvəzləyəcəyi gözlənilir.
45 yaşlı niderlandlı məşqçilik karyerası ərzində "Zvolle", "Kambur", "AZ Alkmaar" komandalarında işləyib. O, 2021-ci ildən "Feyenoord"da işləyir.
saytlarin hazirlanmasi