İspaniya millisinin sabiq kapitanı Serxio Ramos mövsüm başa çatdıqdan sonra "Sevilya"dan ayrıla bilər.
Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçi rəhbərliyin təklif etdiyi yeni müqavilə şərtləri ilə razılaşmayıb.
Yekun danışıq yaxın vaxtlarda olacaq. Razılıq əldə edilməsə, Ramos yeni mövsümə fərqli komandada başlayacaq. Onun xidmətində MLS klubları maraqlıdır.
Ramosun "İnter Mayami"yə keçidi gündəmə gələ bilər. "Sevilya"nın yetirməsi "Real" və PSJ klublarında da çıxış edib.
saytlarin hazirlanmasi