Türkiyə millisinin və "Lill"in yarımmüdafiəçisi Yusuf Yazıcı yeni mövsümə daha iddialı klubda başlamağı planlaşdırır.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, "Sevilya" və "Milan" klubları Yusuf üçün mübarizəyə girişib.
Hər iki klub Yazıcı üçün "Lill"ə danışıqlara start verib.
27 yaşlı futbolçunun hansı kluba üstünlük verəcəyi isə yayda dəqiqləşəcək. Türkiyəli futbolçunun Fransa klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.
"Trabzonspor" yetirməsi olan Yusuf karyerası ərzində "Lill"dən savayı ÇSKA(Moskva) da oynayıb.
saytlarin hazirlanmasi