PSJ Vitinya ilə danışıqlara başlayıb.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Paris təmsilçisi 24 yaşlı futbolçusu ilə müqavilə müddətini artırmaq istəyir.
Portuqaliyalının hazırkı müqaviləsi 2027-ci ilin dekabra qədərdir. PSJ isə onunla daha iki illik müqavilə imzalamaq niyyətindədir.
PSJ növbəti oyununu mayın 1-də Çempionlar Liqasının yarımfinalında səfərdə “Borussiya”ya qarşı keçirəcək.
2000-ci il təvəllüdlü yarımmüdafiəçi “Porto” və “Vulverhempton”da oynadıqdan sonra 2022-ci ildə PSJ-yə keçib.
saytlarin hazirlanmasi