Təşkilati işlərlə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında 33-cü turun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Neftçi” oyununun məkanı dəyişib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, matç “Azərsun Arena”da baş tutacaq.
Qarşılaşma isə öncədən nəzərdə tutulduğu kimi mayın 4-də, saat 19:30-da keçiriləcək.
saytlarin hazirlanmasi