"Mançester Siti"nin futbolçusu Kevin De Bruyne Səudiyyə Ərəbistanı klublarından təkliflər alıb.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, belçikalı futbolçuya "Əl-İttihad" və "Əl-Hilal" klubları maraq göstərir.
Amma "şəhərlilər" aparıcı futbolçusunu satmaq niyyətində deyil.
İstənilən halda, ərəblər yayda onun üçün rəsmi təklif göndərəcək. 32 yaşlı futbolçunun "Mançester Siti" ilə hazırkı müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.
saytlarin hazirlanmasi