"İcraiyyə Komitəsində olmamağım məni təəccübləndirmədi. Normal haldır. Mən yoxam, orada başqa Zaur Axundov var(gülür). Fərqi yoxdur. Ona da uğurlar arzulayıram. Zaur müəllim də çoxdandır ki, futboldadır".
Bu sözləri Sportal.az saytına açıqlamasında AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Zaur Axundov deyib.
O, yeni İK-də təmsil olunmadığı üçün heç kimdən incik düşmədiyini də bildirib:
"Hansısa inciklik qətiyyən ola da bilməz. AFFA-nın yeni prezident seçkisində də iştirak etdim, uğurlar arzuladım. Nə olursa-olsun, hamı razı qalsın və əsas odur ki, millimiz yüksəklərdə olsun. Gürcüstan millisinə baxın. Onlar Avropa çempionatının final mərhələsindədir. Biz də onu görmək istəyirik. Azərbaycanda hər bir şərait var, Gürcüstandan da yaxşıdır. Təbii ki, vaxt lazımdır. Amma mənim üçün əsas məsələ odur ki, milli uğur qazansın. Dövlətimizin uğurlarının içində təbii ki, futbol da yüksəklərdə olmalıdır".
Mirbağırağa
saytlarin hazirlanmasi