İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Həvəskarlar Liqasında keçirilən “Ərkivan” – “Şirvan” görüşündə hakimlərə təzyiqlərlə bağlı futbolçular və azarkeşlər cəzalandırılıb:
28.04.2024-cü il tarixində Həvəskar Liqada AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən “Ərkivan” FK (Masallı) – “Şirvan” FK oyununda “Şirvan” FK (Şirvan) komandasının heyətində 15 nömrəli futbolçu Taleh Fətəliyev qarşılaşmanın 88-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi, baş hakimi vurmağa cəhd etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılsın (maddə 43.3, 1);
28.04.2024-cü il tarixində Həvəskar Liqada AHFF-nin birinciliyinin I turu çərçivəsində keçirilən “Ərkivan” FK (Masallı) – “Şirvan” FK oyununda 2-ci hissənin əlavə vaxtında “Ərkivan” (Masallı) FK komandasının azarkeşləri hakimlər briqadasını vurmağa cəhd etdiyinə görə “Ərkivan” (Masallı) komandasının növbəti 3 oyunu azarkeşsiz keçirilsin (maddə 51.5, 1);