Azərbaycan millisinin üzvü, “Boluspor”un formasını geyinən Vüsal İsgəndərli Sportal.az saytına açıqlama verib. Mövsüm sonu yaxınlaşdıqca, bəzi klublarla adı hallanan İsgəndərli hazırkı komandasını tərk etmək haqda düşünmədiyini bildirib. O, yeni mövsümə də "Boluspor"da başlayacağını söyləyib:
"Hələ ki, bir illik müqaviləm qüvvədədir. Allah qoysa, "Boluspor"da qalacam. Hansısa komandaya getmək haqda düşünmürəm. Ümumiyyətlə, tez-tez komanda dəyişməyi də fikirləşmirəm. Düzü, bunu sevməyən biriyəm. "Boluspor"a qışda gəlmişəm. Yeni mövsümdən hər şey daha da yaxşı olacaq. Superliqa uğrunda pley-off mərhələsinə düşmək mümkündür. Qismətdir, bəlkə Superliqaya da çıxdıq. Mövsümün sonuna az qalıb, mübarizəmizi davam etdiririk".
28 yaşlı futbolçunun “Boluspor”la müqavləsi 2026-cı il iyunun 30-na qədərdir.Əlavə edək ki, Vüsalın komandası 50 xalla 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi