"Liverpul"un müdafiəçisi Vircil van Deyk yeni mövsümə Almaniyada başlaya bilər.
Sportal.az "Sports Zone" portalına istinadən xəbər verir ki, "Bavariya" niderlandlı müdafiəçi ilə ciddi maraqlanır.
Futbolçu özü də, hazırda Münhen klubuna keçmək variantını nəzərdən keçirir. Ona Səudiyyə Ərəbistanının klubları da maraq göstərir. Hazırda Van Deykin Mersisayd klubunun düşərgəsini tərk etmək istəyib-istəmədiyi barədə məlumat yoxdur.
Qeyd edək ki, Vircil van Deyk 2018-ci ilin yanvarından "Liverpul"da çıxış edir. Onun hazırkı komandası ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. 32 yaşlı futbolçu “Qroningen”, “Seltik”, “Sauthempton”da oynayıb.