Serbiya Futbol Federasiyasında çalışan mütəxəssis: "Qəbələ" klubunun rəhbərliyindən xahiş edirəm ki, futboldan əl çəkməsinlər"

13:34 - 2 May 2024

"Qəbələ" turnir cədvəlində sonuncudur və mən buna çox təəssüf edirəm. Bunun baş verəcəyini heç gözləmirdim. "Qəbələ" əvvəlki illərdə gördüyü hər şey əsl futbol klubu üçün nümunədir. Ümid edirəm ki, bu, sadəcə qısamüddətli çətinlikdir və bütün ürəyimlə arzu edirəm ki, onlar mümkün qədər Premyer Liqaya tez qayıdacaqlar. Gec-tez zirvəyə dönəcəklər".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin sabiq futbolçusu Milan Antiç deyib. Uzun illər "Qəbələ"nin formasını geyinmiş serbiyalı komandasının bu mövsüm Premyer Liqada sonuncu pilləni tutmasına münasibət bildirib. Hazırda Serbiya Futbol Federasiyasında çalışan Antiç Premyer Liqa klubumuzun hazırkı vəziyyətini bu cür şərh edib:

"Şəxsən mən Premyer Liqada klub sayının artırılmasının tərəfdarı deyiləm, çünki onda keyfiyyət də itir. Bəzən klubun yenidən təşkili və yenidən fəaliyyətə başlaması üçün geri addım atmaq və bu vaxtdan yaxşı strateji hazırlıq üçün istifadə etmək faydalıdır. Gələcəkdə əsas dayaq ola biləcək oyunçuları və mümkün qədər tez hazırlanıb qayıtmaq üçün peşəkar heyət seçməyə vaxt lazım gəlir. Sadəcə, "Qəbələ" klubunun rəhbərliyindən xahiş edirəm ki, futboldan əl çəkməsinlər. İnanın ki, çoxları gənc futbolçuların seçimi, çıxışları barədə "Qəbələ" haqda Avropada da çox eşitdilər. Ona görə də əminəm ki, onlar çox tez təşkilatlanacaq".

Mirbağırağa
 

Xəbər xətti