"Əl-İttihad" "Liverpul"un futbolçusu Məhəmməd Salaha alternativ olaraq "Tottenhem"in futbolçusunun transferini nəzərdən keçirir.
Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, əslində, Salah Səudiyyə Ərəbistanı klubu üçün prioritet hədəf olaraq qalır. Lakin o, hələ də "Əl-İttihad"a keçməyə razılıq vermədiyindən, ərəb klubu misirli ilə danışıqların nəticəsiz qalacağı halda Son Hın Mını heyətinə qatmağı seçib.
Xatırladaq ki, misirli futbolçu 2017-ci ildə “Roma”dan “Liverpul”a keçmişdi. Bu mövsüm Salah İngiltərə klubunun heyətində bütün turnirlərdə 41 oyun keçirib, 24 qol vurub və 13 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi