"Atletiko"nun qolkiperi Yan Oblak komandadan ayrıla bilər.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, sloveniyalı qapıçının xidmətində maraqlı olan komandalar var.
Belə ki, təcrübəli futbolçu "Mançester Yunayted", "Çelsi" və "Yuventus"un transfer siyahısındadır.
Madrid klubu isə Oblakı 30 milyon təklif edən komandaya satacaq. Qolkiperin "Atletiko" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Yan “Olimpiya”(Lyublyana), “Benfika”, “Beyra-Mar”, “Olhanense”, “Unian Leyriyar”, “Rio Ave”də oynadıqdan sonra 2014-cü ildə “Atletiko”ya keçib.
saytlarin hazirlanmasi