Benzema "Real"In bazasında tibbi müayinədən keçəcək

15:11 - 2 May 2024

Kərim Benzema "Real"ın bazasında tibbi müayinədən keçəcək. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu əlavə müayinədən keçmək və zədədən sonra bərpa planını tənzimləmək üçün "Real"ın bazasına yollanıb. 

Amma o, bunu "Əl-İttihad"dan xəbərsiz etməyib. Belə ki, klublar arasında razılıq əldə edildiyi üçün "Real"ın bazasında olub.

Fransalı hücumçunun gələn həftə Səudiyyə Ərəbistanına uçacağı gözlənilir. 

Qeyd edək ki, 2023-cü il iyulun 1-də "Əl-İttihad"a keçən Kərim 2026-cı il iyunun 30-na qədər bu kluba məxsusdur.

Xəbər xətti