17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, yığmamız Belarusa 1:3 hesabı ilə uduzub.
Komandamızın heyətində Ayşən Salamzadə fərqlənib. O, penaltini dəqiq yerinə yetirib.
U-17 mayın 4-də Qazaxıstan, mayın 7-də isə Türkiyə yığması ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi