"Real"ın futbolçusu Naço Fernandes karyerasını ABŞ-də davam etdirəcək.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalıya artıq "İnter Mayami"dən təklif gəlib.
Tərəflər arasında razılıq əldə olunduğu bildirilir.
Naço mövsümün sonunda "İnter Mayami"yə keçəcək.
34 yaşlı müdafiəçinin "kral klubu" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Naço 2012-ci ildən "Real"ın formasını geyinir.
saytlarin hazirlanmasi