Azərbaycan milli komandasında oynamış Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" (Berlin) Almaniyanın Şimal-Şərq Regional Futbol Liqasındakı hazırkı çıxışından danışıb.
Sportal.az xəbər verir ki, "rbb24" portalına danışan Dadaşov komandasının son turlardakı uğursuzluğundan bəhs edib:
"Hanza"nın ikinci komandası ilə matçdan (2:3) sonra komandada əhval-ruhiyyə dəfn mərasimindəki kimi idi. Buna baxmaq tamamilə xoşagəlməz idi. Çox ağırdır. Ən pisi isə komandaya kömək edə bilməyəndə, oyunu kənardan izləməkdir. Mövsümün ilk yarısında daha əzmkar, aqressiv, daha yığcam oynadıq. Amma çempionatın son oyunlarında komanda olaraq qələbə istəyimizi nümayiş etdirə bilmədik. "Dinamo"nun yeni mövsümə hazırkı baş məşqçi Dirk Kunertsiz başlayacağına görə təzyiq var idimi? O, bizi oyunlara çox yaxşı hazırlayır. Onun gedişi hazırda paltardəyişmə otağında böyük problem deyil. Liqanın lideri "Enerji" ilə qarşıdakı oyuna gəlincə, bizi yüksək səviyyədə görüş gözləyir. Bu həm klub, həm də azarkeşlər üçün çox vacibdir. Çalışacağıq ki, özümüzü toparlayıb qələbə qazanaq".
Rüfət Dadaşov bir neçə matç əvvəl dizindən zədə alıb və mövsümün hissəsini buraxmaq məcburiyyətində qalıb.
saytlarin hazirlanmasi