"Qalatasaray"ın yarımmüdafiəçisi Barış Alper Yılmaz İngiltərəyə köçməyə hazırlaşır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, türkiyəli Premyer Liqa klublarının transfer siyahısındadır.
Barış üçün "Mançester Yunayted”, “Tottenhem”, “Aston Villa”dan "Qalatasaray"a rəsmi təklif gəlib.
23 yaşlı futbolçu bu mövsüm 51 matçda meydana çıxıb, 6 qol vurub və 9 asist edib.
Barış 2021-ci ildə "Qalatasaray"a keçib. O, 2027-ci il iyunun 30-na qədər İstanbul klubuna məxsusdur. O, “Rize Öİ”, “Ankara Demirspor”, “Ankara Keçiörengücü”ndə oynayıb.
saytlarin hazirlanmasi