Serbiya çempionatında çempionun adı dəqiqləşib.
Sportal.az xəbər verir ki, ölkə çempionatının 33-cü turunda "Baçka Topla"nı 2:1 məğlub edən "Srvena Zvezda" aktivindəki xalların sayını 84-ə çatdıraraq çempionluğu rəsmiləşdirib.
İkinci pillədə qərarlaşan "Partizan" isə 70 xala sahibdir.
Bununla da, "Srvena Zvezda" ardıcıl 7-ci dəfə ölkənin ən yaxşısı adını qazanıb.
saytlarin hazirlanmasi