"Vest Hem"in yeni Xulen Lopeteqi ola bilər.
Sportal.az “The Guardian”a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi ilə ispaniyalı mütəxəssis arasında danışıqlar davam edir.
“Vest Hem” Devid Moyeslə yoluna davam etmək istəmədiyi üçün Lopeteqi variantına üstünlük verilib.
Ötən ay “Sportinq”in(Lissabon) baş məşqçisi Ruben Amorimlə danışıqlar üçün Londona dəvət edilmişdi.
Amma tərəflər arasında razılıq əldə olunmamışdı. İngiltərə klubunun digər namizədləri isə Hans Flik, “Fulhem”dən Marko Silva və “Lill”dən Paulo Fonseka idi.
Lopeteqi karyerası ərzində “Rayo Valyekano”, “Real”(Madrid), “Porto”, “Sevilya” və “Vulverhempton” komandalarında, həmçinin İspaniya millisində işləyib.
saytlarin hazirlanmasi