"Barselona" əsas oyunçulardan birini itirə bilər.
Sportal.az "Radio Marca"ya istinadən xəbər verir ki, Pedri Kataloniya təmsilçisinin sıralarını tərk etmək haqda düşünür.
21 yaşlı ispaniyalı klubla yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.
"Las-Palmas"da da icarə əsasında oynamış Pedri 2019-cu ildən “Barselona”nın əsas komandasında çıxış edir.
Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. PSJ ispaniyalı üçün hərəkətə keçib.