"Yuventus"un futbolçusu Daniel Ruqani sürücülük hüququndan məhrum edilə bilər.
Sportal.az “La Stampa”ya istinadən xəbər verir ki, italiyalı avtomobili sərxoş idarə etdiyi üçün Turin məhkəməsinə çıxarılıb.
O, 2023-cü il iyulun 21-nə keçən gecə polis tərəfindən saxlanılıb. Testlər Ruqaninin qanında spirt miqdarının həddən artıq olmasını sübut edib.
2015-ci ildən “Yuventus”da oynayan Ruqaninin müqavilə müddəti bu mövsümün sonunda başa çatacaq.