Polşa Ekstraklasasında 31-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki. Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "LKS Lodz" doğma meydanda "Şlask"ı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Rahil Məmmədov da bu görüşün iştirakçısı olub. 28 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Bu nəticədən sonra "LKS Lodz"un aşağı liqaya düşəcəyi dəqiqləşib. 21 xalla sonuncu pillədə olan komanda 15-ci yerdə olan "Puşa"dan 12 xal geri qalır.
saytlarin hazirlanmasi