"Barselona"nın forvardı Ferran Torres daha bir neçə klubdan təklif alıb.
Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Atletiko"nun transfer siyahısında yer alan ispan hücumçu bu dəfə "Sevilya" və "Real Sosyedad"dan təklif alıb.
Amma sonuncu iki klub onu icarəyə götürməyi planlaşdırır.
Torres bu mövsüm İspaniya çempionatında 25 matça çıxıb və 7 qol vurub, 2 asist edib. Onun "Barsa" ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi